AZ

Qvardiola: "Əgər hər şey pul olsaydı, "Yunayted" bütün titulları qazanmalı idi"

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqası klublarının son illərdəki xərclərindən danışıb.

QOL.az Britaniyta mətbuatına istinadən xəbər verir ki, o deyib: “Premyer Liqa darıxdırıcıdır? Əvvəllər hər şey pul idi... Səbəb bu idisə, “Mançester Yunayted” bütün titulları qazanmalı idi. İkincisi isə “Çelsi”, üçüncüsü isə “Arsenal”dır.  Son beş-altı il ərzində onlar “Mançester Siti”dən daha çox pul xərcləyiblər”.

Hazırda Premyer Liqanın turnir cədvəlinə Londonun “Arsenal” klubu başçılıq edir. 37 oyundan sonra London təmsilçisinin 86 xalı var. “Mançester Siti” 36 oyundan sonra 85 xalla 2-ci yerdədir.

 Xatırladaq ki, “Mançester Siti" son üç mövsümdə İngiltərə çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
teleqraf.com

1Mənbələr