AZ

İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasir avadanlıqlardan istifadəsi üçün vacibdir - AZPROMO

Bakı. Trend:

İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasiravadanlıqlardan istifadəsi üçün vacibdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasınınİxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçıdirektorunun müavini Tural Hacılı Azərbaycan-İtaliya biznesforumunda deyib.

"Azərbaycanın iqtisadiyyatın diversifikasiyası, qeyri-neftsektorunun inkişafı üzrə missiyası var və aqrar sektorunyaxşılaşdırılması bu missiyanın yerinə yetirilməsi üçün əsasvəzifələrdən biridir", - deyə T.Hacılı qeyd edib.

O, hər iki ölkənin aqrar biznes nümayəndələrinin asanlıqlaəməkdaşlıq qurmaları üçün AZPROMO-nun İtaliya Kənd TəsərrüfatıTexnikası İstehsalçıları Assosiasiyası ilə danışıqlar apardığınıbildirib.

"Çalışırıq ki, şirkətlərimiz müasir avadanlıqlardan istifadəetsin və burada İtaliyanın təcrübəsi vacibdir", - o deyib.

T.Hacılı bildirib ki, Azərbaycanın işğaldan azad edilmişərazilərində aqrar sahəni fəal inkişafı nəzərdə tutulur.

"Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının uğurlu inkişafıüçün potensiala malikdir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan aqrar sahədə istehsal olunanməhsulların gəlir gətirməsi üçün, həmçinin, əlavə dəyər zənciriniyaxşılaşdırmaq istəyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
az.trend.az

1Mənbələr