AZ

Ölən şəxsin yaxınları həkimlərə hücm etdi

Ölən şəxsin yaxınları həkimlərə hücm etdi

Türkiyədə 15 ilə yaxındır ki, böyrək çatışmazlığından əziyyət çəkən 62 yaşlı şəxs mayın 8-də Dənizli Dövlət Xəstəxanasının daxili xəstəliklər reanimasiya şöbəsində müalicə altına alınıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı kişi müdaxiləyə baxmayaraq dünən dünyasını dəyişib.

Səhiyyə işçiləri vəziyyəti ailə üzvlərinə xəbər verib. Bunun üzərinə 7 nəfər güclə reanimasiya şöbəsinə daxil olaraq tibb işçiləri ilə mübahisə etməyə başlayıb.

Heç kimin xəsarət almadığı mübahisə zamanı reanimasiya şöbəsinə zorla daxil olduqları müəyyən edilən şəxslər polis bölməsinə aparılıb.

Polis 7 nəfər haqqında araşdırma başladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sonxeber.az

1Mənbələr