AZ

Rusiya Sumı istiqamətində güclü hücum planlaşdırır

Rusiya

Rusiyanın Xarkovdan şimalda, Sumı bölgəsinə yenidən hücuma keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The New York Times” qəzetinə deyib.

K. Budanovun proqnozuna görə, yaxın bir neçə gün ərzində Ukrayna qüvvələri öz xətlərini gücləndirə və cəbhəni sabitləşdirə biləcək.

Onun fikrincə, Rusiyanın Xarkov vilayətinə hücumları daha 3-4 gün davam edəcək.

“Bundan sonra rus qoşunlarının Xarkovdan təxminən 140 km şimal-qərbdə yerləşən Sumı şəhəri istiqamətində güclü hücuma keçəcəyi gözlənilir”, - nəşr Budanova istinadla yazıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
reyting.az

1Mənbələr