AZ

Ermənistanda vətəndaş itaətsizliyi aksiyası yenidən alovlandı: Saxlanılanlar var - YENİLƏNİB + VİDEO

Ermənistan polisi bu gün səhər saatlarından etibarən İrəvan küçələrində keçirilən etiraz aksiyasının 38 iştirakçısını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

09:48

Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır.

09:26

Bu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb.

Bu barədə erməni bloqer Mika Badalyan öz "Telegram” kanalında məlumat paylaşıb.

O qeyd edib ki, aksiya "Vətən üçün Tavuş” hərəkatına dəstək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, təkcə ötən gün keçirilən aksiyada 150-dən çox etirazçı saxlanılmışdı.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
1
7news.az

6Mənbələr