AZ

İngiltərədə İsrailə qarşı nümayişlər davam edir

İngiltərədəki universitet şəhərciklərində çadırlar quraraq Fələstinə dəstək verən tələbələrin təşkil etdiyi nümayişlərə paytaxt Londondakı Queen Mary Universiteti də qatıldı.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına reaksiya vermək üçün şəhərciyin bağçasında çoxlu çadırlar quran tələbələr, kampusda təşkil etdikləri nümayişdə İsrailin Rəfaha qurudan hücumuna da etiraz ediblər. Tələbələr qurduqları çadırların üzərinə Fələstin bayraqları asaraq, məktəblərinin İsraili dəstəkləyən şirkətlərlə əlaqələrini kəsməyi tələb ediblər.

Fələstinli tələbələrə dəstək verən “Əllər Rəfahdan”, “Soyqırımı dəstəkləyən şirkətlərə sərmayə qoymağı dayandırın” və “İndi akademik boykot zamanıdır” yazılı pankartlar da açılıb.

Aksiyada iştirak edən tələbələr ABŞ-dan sonra bütün dünyaya yayılan qlobal tələbə hərəkatına London universitetlərinin də dəstək verdiyini bildiriblər. Kraliça Meri Universitetinin tələbələrinin də bu gündən etibarən şəhərcik daxilində çadırlar quraraq bu hərəkata qatıldığı bildirilir.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 14 mindən çoxu uşaq olmaqla 30 min insanın həyatını itirdiyini qeyd edən Mehair, "Tələbələr qurumlarımızın ortaq olmasından və baş verənlərdən bezdilər. Universitetimizin İsraildəki digər universitetlərlə əlaqələri olduğunu bilirik. Qəzzada universitet qalmayıb." dedi.

Məktəblərinin İsrailə dəstək verən İsrail qurumları və şirkətləri ilə əlaqələrini kəsməsini istəyən tələbələr ölkədəki 20-yə yaxın universitetin kampuslarında qurulan çadırlarda nümayişlərini davam etdirirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
turkustan.az

1Mənbələr