AZ

Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin hesabatına görə, 2023-cü ilin sonunda dünyada hərbi münaqişələr və təbii fəlakətlər səbəbindən məcburi köçkünlərin sayı rekord həddə - 75,9 milyon nəfərə çatıb.

Bu barədə “İki sahil” "Kommersant"a istinadla xəbər verir.

 Son beş ildə məcburi köçkünlərin sayı demək olar ki, iki dəfə artıb.

Köçkünlərin 68,3 milyonu hərbi münaqişələr, digər 7,7 milyonu isə təbii fəlakətlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

Statistikaya görə, evlərini tərk etməyə məcbur olan insanların təxminən yarısı Afrika ölkələrində yaşayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
ikisahil.az

1Mənbələr