AZ

Azərbaycan qaz ixracını 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya 4,2 milyard kubmetr təbii qaz ixrac edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 7,7 % çoxdur.

Ümumilikdə isə ötən 4 ay ərzində Azərbaycandan xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr ya 5,9 % azdır. Gürcüstana isə nəql edilən təbii qazın həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,8 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 5,3 % azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
5
iqtisadiyyat.az

10Mənbələr