AZ

Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifə Tamerlan Abdullazadəyə həvalə olunub.

Qərar AÜF-nin İcraiyyə Komitəsinin son iclasında qəbul edilib. Müzakirələrdən sonra komitə üzvləri T. Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.

O, son olaraq Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini vəzifəsində çalışıb.

İclasda, həmçinin 2024-cü ilin fəaliyyət planı, keçirilən yarışlar, yerli və beynəlxalq turnirlərdə idmançıların iştirakı müzakirə olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
xalqqazeti.az

4Mənbələr