AZ

MGH-nin Tibbi Laboratoriyası yüksək keyfiyyəti ilə xidmətinizdədir - FOTOLAR

Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında biomaterialın qəbulu, qeydiyyatı və tədqiqi həftənin 7/24 fasiləsiz iş rejimində həyata keçirilir. Bundan əlavə, biomaterialı ev şəraitində səyyar tibbi xidmət mütəxəssisləri tərəfindən toplamaq mümkündür. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Laboratoriyasının tədqiqat spektrinə müasir, tam avtomatlaşdırılmış analizatorlarda diaqnostikanın ümumi iş prinsipinə uyğun olaraq kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr, dərmanların monitorinqi daxildir. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası xidmətlərinin keyfiyyətini və etibarlılığını nümayiş etdirmək üçün ISO 15189 standartına akkreditasiya olunub. ISO 15189 beynəlxalq səviyyədə tanınmış sənəddir. Buraya həm keyfiyyət sisteminin elementləri, həm də kliniki laboratoriya üçün ümumi tələblər daxildir.

Tibbi Laboratoriyanın akkreditasiya olunması tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, səhiyyə normativlərinin yerinə yetirilməsinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə cavab verməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.

Tibbi Laboratoriya 24 saat rejimində bütün zəruri resurslara malikdir. Sertifikatlaşdırılmış laboratoriyamız dünya bazarında nüfuzunu artırır və rəqabət mühitində üstünlük göstərir. Pasiyentlərə təklif etdiyimiz geniş profilli laborator xidmətlər (kompleks şəkildə istifadə olunan profil müayinələrə 30% endirim mövcuddur) idarə edilmənin səriştəli, səmərəli təşkil edildiyini və alınan nəticələrin yüksək keyfiyyətli olduğunu təsdiqləyir.
Məqsədimiz etibarlı tədqiqat nəticələrini təmin etməkdir. Sağlamlığınızı bizə etibar edin. Mərkəzi Gömrük Hospitalı 15 ildir ki, sağlamlığınızın keşiyindədir!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
sia.az

1Mənbələr