AZ

Kim Çen In nüvə alimləri üçün xüsusi şəhər inşa etdirdi

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə proqramı hazırlayanlar və nüvə silahı hazırlayanlar üçün dəbdəbəli şəhər salıb. 

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.

Məlumata görə, Kim Çen In nüvə silahının inkişafında dönüş nöqtəsinə çatmaq üçün nüvə proqramına yüz milyonlarla dollar sərmayə qoyur. Xüsusilə, o, bu layihədə iştirak edən elm adamları və hərbçilər üçün Pxenyanın şimalında peyk şəhər inşa edib.

Şəhərdə idman meydançaları, hovuzlar, mədəniyyət mərkəzləri də daxil olmaqla, demək olar ki, gündəlik həyat üçün lazım olan hər şey var. Burada yaşamağın mənfi tərəfi odur ki, “nüvə elitası” adlanan şəxslərə diqqətlə mühafizə olunan yeni şəhəri tərk etməyə icazə verilmir. Şəhər hüdudlarından kənara çıxmaq üçün hər bir sakin hakimiyyət orqanlarından xüsusi bilet almalıdır.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
unikal.az

10Mənbələr