AZ

NBA: “Oklahoma Siti Tunder” seriyanı bərabərləşdirib, “Boston Seltiks” üçüncü qələbəsini qazanıb

NBA:

Bakı, 14 may, AZƏRTAC

Milli Basketbol Assosiyasiyasında (NBA) pley-off mərhələsinin oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, “Oklahoma Siti Tunder” və “Dallas Maveriks” komandaları üz-üzə gəliblər. Birincilər 14 xal geri düşməsinə baxmayaraq, rəqibini 100:96 hesabı ilə məğlub edərək seriyanı bərabərləşdiriblər – 2:2. Oklahoma təmsilçisinin heyətində Şai Gilqeous-Aleksandr 34 xal, 8 ribaund və 5 məhsuldar ötürmə ilə çıxış edib.

Digər oyunda “Boston Seltiks” “Kleveland Kavailers”ə 109:102 hesabı ilə qalib gələrək seriyada 3:1 hesablı üstünlük əldə edib. Qalib komandanın heyətində Ceyson Tatum 33 xal, 11 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
azertag.az

1Mənbələr