AZ

Skandinaviya ölkələri “birgə güclənir”

Beş Skandinaviya ölkəsinin baş nazirləri Stokholmda keçirilən “Nordic sammiti” zamanı Rusiyanın Ukraynaya təcavüzünün artması fonunda kibertəhlükəsizlik və müdafiə sektorlarında birgə səylərini gücləndirməyə söz veriblər.

NOCOMMENT.az xəbər verir ki, bu tədbir beş Skandinaviya ölkəsinin hamısının NATO-ya üzv olmasından sonra ilk toplantı olub.

Sammitdə iştirak edən Almaniya kansleri Olaf Şolts bu əlamətdar hadisəni qeyd edib. Onların müzakirələrinin bir hissəsi Avropanın 5G mobil şəbəkəsinin genişləndirilməsi ilə bağlı olub.

Şolts “Ericsson” və “Nokia” kimi Skandinaviya telekommunikasiya nəhənglərinin bu işdə oynaya biləcəyi əsas rolu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
nocomment.az

1Mənbələr