AZ

Roman Baqdasaryan Qarabağ ermənilərinə müraciət etdi

Bakı. Trend:

Məşhur erməni bloqer Roman Baqdasaryan Qarabağ ermənilərinəvideomüraciət ünvanlayıb.

Trend xəbərverir ki, Baqdasaryanın videomüraciəti sosial şəbəkələrdəyayılıb.

"Heç yerdə Tanrının adını çəkməyin və deməyin ki, kilsənin nəolduğunu bilirsiniz. Sizin inancınız da arxasınca düşdüyünüz birneçə keşiş kimi, Baqrat, Qaregin kimi saxtadır. Çünki əsl keşişsiyasətdə olmaz. Özgəsinin evini dağıdan və özgənin kərpici iləözünə ev quran Tanrını çox qəzəbləndirir", - o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanlasərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçiləretirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəddirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçəkəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə maneolmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edənaksiyalara başçılıq edir.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub.Erməni fəallarının bildirdiyinə görə, kilsə ilə Ermənistanınhazırkı hökuməti arasında problemlər yeni deyil. Bu problemlər başnazir Nikol Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü büruzəverib. Erməni Apostol Kilsəsi hökumətin siyasətini bölüşmür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
az.trend.az

2Mənbələr