AZ

Müsavat fəalının yoxa çıxdığı bildirilir

Mayın 14-də Müsavat Partiyası fəalı Natiq Mehdinini (Ulubəy) yoxa çıxdığını bildirilib.

Partiyanın mətbuat xidmətindən Turan-a verilən məlumata görə, o, mayın 10-da öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb: "Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər, biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma hələlik heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır", deyə partiyanın nümayəndəsi bildirib.

Natiq Mehdi Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvüdür. 

O, aprel ayında partiyanın başqanlığına öz namizədliyini irəli sürmüşdü, lakin qurultaya bir neçə gün qalmış namizədliyini geri götürüb. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
2
turan.az

3Mənbələr