AZ

Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb.

Avtosfer.az xəbər verir ki, buna səbəb sərnişin avtobuslarında əlil arabaları üçün qoyulmuş pandusların sürücü tərəfindən açılmaması olub.

Sərnişinlər fiziki məhdudiyyətli şəxs üçün sürücü tərəfindən pandusun açılmasını tələb ediblər. Sürücü pandusu açmaq istəmədikdə isə gərginlik daha da alovlanıb. Baş verənlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb. Mübahisələrin ardınca sürücü pandusu açıb. 

Hadisə ilə bağlı sərnişin avtobusunun aid olduğu “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, sosial şəbəkələrdəki görüntülərlə tanışdırlar. Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək:

"Bəzi hallarda pandusların açılması ilə bağlı problemlər olur, onunla bağlı da texniki yoxlama aparılır".

Sözügedən görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
15
avtosfer.az

10Mənbələr