AZ

Əfqanıstan fəlakət yaşayır: Yardım maşınları bölgəyə daxil ola bilmir

Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstandakı son vəziyyəti açıqlayıb.

Publika.az xəbər verir ki, Əfqanıstanın Bağlan bölgəsində baş verən sel fəlakətində mülki şəxslərə yardım prosesi davam edir.

Qeyd edilib ki, Əfqanıstanın Bağlan bölgəsində təsirlənən ərazilərin çoxu yük maşınları üçün əlçatmazdır: "ÜƏP hər şeyini itirmiş sağ qalanlara qida çatdırmaq üçün hər alternativə əl atmalı olub. Həmçinin daşqınlarda 300 nəfər həyatını itirib”.

UNİCEF-in verdiyi açıqlamada həyatını itirənlər arasında 51 uşaq olduğu bildirilib. Əlavə hesabatlar əldə olunduqca, rəqəmlərin artacağı gözlənilir. Ən çox itkilər Bağlan vilayətində qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
publika.az

1Mənbələr