AZ

Paşinyana qarşı impiçment uğursuz olarsa... - Müxalifətin planı

"İmpiçment uğursuz olarsa, növbəti cəhd yalnız altı aydan sonra ola bilər".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.

 

"Deputatlardan 36 səs toplamaq yalnız ilk addımdır, iqtidar fraksiyasının dəstəyini almaq lazımdır. Bizim işimizin əsas vektoru budur ki, prosesi parlamentə daşıya biləcəyimiz yeganə yoldur, - fraksiya katibi vurğulayıb.

 

"İmpiçment elan etmək üçün siz baş nazirliyə namizədinizi təklif etməli və forma verildikdən sonra 24 saat ərzində 36 imza toplamalısınız. Sonra 48-72 saat ərzində səsverməyə başlamaq lazımdır və burada minimum 54 səs lazımdır, ona görə də müxalifətə daha 18 deputatın dəstəyi lazımdır", - qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
modern.az

2Mənbələr