AZ

“Məhkəmə-hüquq sistemi müasir dövrün tələblərinə uyğunlaşdırılır" - Əməkdar hüquqşünas

“Gənc hakimlərin bəzilərini tanıyıram, onlardan vaxtilə mənim tabeliyimdə müxtəlif vəzifələrdə çalışanlar olub. Deyə bilərəm ki, çox savadlı gənc hakimlərimiz var. Onlarla qürur duymaq lazımdır. Biz yaşlı nəsil onlara diqqət və qayğı ilə yanaşmalı, büdrəmələrinə imkan verməməliyik. Bütün sahələrdə düzgün mövqedə olmayan insanlar olur. Hakimlər arasında da elələri ola bilər ki, bu peşənin tələblərinə tam cavab vermir. Amma böyük əksəriyyəti, xüsusən də yeni yetişən nəsil sağlamdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə əməkdar hüquqşünas İkram Kərimovun e-huquq.az-a müsahibəsində deyib.

O qeyd edib ki, insan hansı peşədə olmasından asılı olmayaraq, öz işini mükəmməl bilməlidir Hakim çox savadlı, ədalətli insan olmalıdır: “Hakim eyni zamanda nüfuzlu şəxs olmalıdır. O yüksək əxlaqi keyfiyyətləri özündə əxz etdirməlidir. Hakimin şəxsi keyfiyyətləri haqqında heç bir mənfi rəy olmamalıdır. Hakim dövlətin adından qərar çıxarır. Dövlət adından qərar qəbul edən şəxs digərlərindən fərqlənməlidir. Çünki hakimin məsuliyyəti əbədidir”.

İkram Kərimov son dövrlər həyata keçirilən məhkəmə-hüquq islahatlarını müsbət qiymətləndirdiyini qeyd edib: “İslahatlar bundan sonra da davam etməli və daha da genişlənməlidir. Çünki görüləsi işlər çoxdur. Məhkəmə-hüquq sistemi müasir dövrün tələblərinə uyğunlaşdırılır. Dünyada, ölkədə gedən inkişafdan geri qalmamalıdır. Sözümü müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sözləri ilə tamamlamaq istərdim: “Bu gün hər bir hüquqşünas bilməlidir ki, ondan birinci növbədə yüksək intellektual səviyyə, müstəqil Azırbaycan dövlətinə sədaqət, mənəvi saflıq və paklıq tələb olunur”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
teleqraf.com

1Mənbələr