AZ

General-leytenant Yuri Kuznetsov rüşvətə görəHƏBS EDİLİB

Məlum olduğu kimi Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb.

TASS-ın yaydığı məlumatda qeyd edilirdi ki, general-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır general barəsində həbs-qətimkan tədbiri seçilib. Onun konkret hansı maddə üzrə ittiham edildiyi məlum deyildi.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsova qarşı hansı maddə üzrə cinayət işi açıldığını elan edib. O, xüsusilə külli miqdarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) rüşvət almaqda şübhəli bilinir. İstintaqın tələbi ilə məhkəmə Yuri Kuznetsovu həbs edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
ikisahil.az

1Mənbələr