AZ

Belqorodda yaşayış binasını kim vurub..?

...Deməli, neçə müddətdir ki, ruslar Ukraynanın Belqorodda yaşayış binasına zərbə endirib xeyli günahsız sakini öldürdükləri barədə yazırlar.

Hətta, gərək ki, bir müddət bundan əvvəl Roma Papası Fransisk də ukraynalıların bu əməlinə görə onlara “öz iradını” bildirmişdi..?

Deyim ki, bunlar ruslar yazanlardır.

...Amma, maraqlıdır ki, bir neçə hərbi analitik Belqorodda on mərtəbəli yaşayış binasının girişinin dağılması səbəbləri ilə bağlı rusların rəsmi versiyasını şübhə altına alırlar.

Nədir məsələ?

Qeyd edək ki, həmən ərəfədə Rusiya Müdafiə Nazirliyininverdiyi məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ukraynaya məxsus “Toçka-U” raketinin qalıqları hündürmərtəbəli binaya düşüb və...binanın girişini vurub partladıb.

Və bu da xeyli günahsız sakinin ölümünə səbəb olub. Doğrudanmı belədir?

Məsələn, bu olayla bağlı bəzi ekspertlər dağıntı mənzərəsinin bu versiya üçün xarakterik olmadığını iddia edirlər.

Məsələ bundadır ki, cənub-qərb tərəfdən baş verən partlayışın videosunda “Toçka-U” raketinin qalıqlarınındüşməsi...ümumiyyətlə göstərilmir.

SİA-nın əldə etdiyi məlumata görə, bunuaçıq mənbə kəşfiyyatınınanalitiki Oliver Aleksander da qeyd edib. O hesab edir ki, bu, mərmi zərbəsinin yeganə videosununbinanın cənub-qərb tərəfinə baxan kamera tərəfindən çəkilməsidir və partlayışa çox güman ki, binanın üzərinə düşən Rusiya sürüşmə bombasının partlaması səbəb olub.

Aleksander,binanın şimal-şərq tərəfində, yəni evin qarşısındakı qaraj və maşınlara ciddi ziyan dəydiyini bildirib.O, əlavə edib ki, sürüşmə bombası binanın aşağı mərtəbələrinə dəydikdən sonra oxşar zərər gözlənilə bilər.

Qeyd edilməlidir ki, Belqorodun “Pepel” nəşri də binanın şimal-şərq hissəsində cənub-qərb hissəsindən fərqli olaraq bir dənə də olsun bütöv pəncərə qalmadığını yazıb.

...Bu arada başqa hərbi analitik Yan Matveyev, binanın fasadında şimal-şərq tərəfdən yanan ərazilərin göründüyünü bildirir. Onun iddiasına görə, əsas partlayış məhz orada olub.

Matveyev bir də, diqqəti ona yönəldib ki, partlayış yerində “Toçka-U” raketinin partlaması zamanı 3 hektar məsafədə açıq yerə səpələnən dağıdıcı elementlərin təsirinin izləri yoxdur. Eyni zamanda, o, dağıntılar səbəbindən dağıdıcı elementlərin izlərinin görünmədiyini də etiraf edib.

Yeri gəlmişkən, “Conflict Intelligence Team”in həmtəsisçisi Ruslan Leviyev də buna işarə edib. Onun sözlərinə görə, baş verənlərin ən bariz versiyası binanınRusiyanın zenit-raket raketi ilə vurulmasıdır.

…Və gərək ki, xatırlamış olarsınız, SİA Belqorod və onun bölgələrinə tez-tez hava bombalarının düşməsi halları barədə yazılar verib.

Ruslan Leviyevə görə, bu versiyanı partlayışdan bir qədər əvvəl Xarkov vilayətində uçan bombaların atıldığı barədə məlumat verməsi də təsdiqləyir.

Deyilənlərə görə, mayın 13-nə keçən gecə Belqorod vilayətinin Razumnoye kəndinə də rusların atdığı iki aviabomba düşmüşdü. Doğrudur, vilayət qubernatoru Vyaçeslav Qladkov əvvəl bunu “malalamağa” çalışsa da, amma sonradan etiraf etməli oldu və yaxınlıqdakı evlərin sakinlərinin təxliyə edildiyini elan etdi.

Bu arada başqa bir rusiyalı hərbi analitik Kirill Mixaylov da Belqorodda yaşananlara tərəddüdlə yanaşır.

…Deyirsiz, yəni “veçnıy piyanami” olanruslar yenə də rusları bombalayıb..?

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sia.az

1Mənbələr