AZ

Keniyada daşqınlarda ölənlərin sayı 277-yə yüksəlib

 

Keniyada aprelin ortalarından bu yana yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 277-yə yüksəlib.


Missiya.Az xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura açıqlama yayıb.


O, əlverişsiz hava şəraitinin təxminən 411 min insana təsir etdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. 


 Mvaura ölkə daxilində 62 sağlamlıq mərkəzinin zərər gördüyünü qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
missiya.az

1Mənbələr