AZ

AZPROMO: Qarabağ İtaliya şirkətləri üçün istehsalatın yaradılması baxımından əlverişlidir

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunmuş əraziləri İtaliya şirkətləri üçün istehsalatın yaradılması baxımından əlverişlidir. Burada münbit biznes mühiti yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən “Azərbaycan və İtaliya - daha yaxşı qida istehsalı naminə” tədbirdə deyib.

O bildirib ki, bugünkü görüş gələcəkdə münasibətlərin daha da genişləndirilməsinə təsir edəcək.

“İtaliya Azərbaycan üçün ən başlıca ticari partnyordur. Bizim əsas məhsullarımız neft-qazdır. Missiyamız və əsas vəzifəmiz isə ticari münasibətlərimizin gücləndirilməsidir. Kənd təsərrüfatı sektorunun inkişafı və dəyər zənciri bizim üçün önəmli hədəflərdən biridir. Azərbaycan hökuməti fərqli təşviq mexanizmləri təklif edir ki, bunlardan əsası Sahibkarlığın İnkişafı Fondudur. Bu fond əlverişli güzəştli kreditlərin verilməsi ilə məşğuldur. İnanıram ki, İtaliya avadanlığının Azərbaycanda tətbiq olunmasını təmin edəcək”, - deyə T.Hacılı qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azertag.az

1Mənbələr