AZ

ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq “X” hesabında Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, o yazıb ki, müzakirələrdə rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair səyləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasına dair fikir mübadiləsi aparılıb:

“Bir qədər əvvəl sərhədlərin delimitasiyası və demarkasiyasına dair əldə olunan razılaşma doğru istiqamətə atılan bir addımdır. Biz tərəfləri xalqların rifahı naminə sülh danışıqlarını davam etdirməyə çağırırıq. Malta ATƏT-ə sədrliyi dövründə təşkilatın dayanıqlığını gücləndirmək və COP29 ərəfəsində yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ideyalarına sadiqdir” – ATƏT sədrinin paylaşımında belə deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
apa.az

4Mənbələr