AZ

Meksika prezidenti: ABŞ-a miqrant axını 50 faiz azalıb

Meksika

Bakı, 14 may, AZƏRTAC

Meksika prezidenti Andres Manuel Lopez Obrador son aylarda ABŞ-a miqrant axınının 50 faiz azaldığını bildirərək Vaşinqtonu yenidən inkişaf proqramlarını maliyyələşdirməyə çağırıb.

AZƏRTAC “Barrons” saytına istinadla xəbər verir ki, bu rəqəmi mətbuat konfransında açıqlayan Lopez Obrador dekabr ayında şimal sərhədində gündə 12 min miqrantın qeydə alındığını və ABŞ-la birgə səylər nəticəsində orta miqdarın 6 minə endirildiyini söyləyib.

Prezident bildirib ki, onun administrasiyası iş yerləri yaratmaq və yaşayış şəraitini yaxşılaşdırmaq üçün Mərkəzi Amerika ölkələrinə sərmayə qoymaqla immiqrasiya ilə mübarizə aparmağa davam edir.

Meksika prezidenti dəfələrlə amerikalı həmkarı Cozef Baydeni immiqrasiyanın azaldılmasına resurslar ayırmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
azertag.az

2Mənbələr