AZ

Bahar onu tənqid edənləri hədəf aldı: “Adamın vicdanı olar”

“Bu paltara görə, bu qədər sözü nahaq yerə yazmaq olarmı?”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı sosial media hesabındakı paylaşımda deyib.

İfaçı müzakirələrə səbəb olan geyimini nümayiş etdirərək, onu tənqid edənlərin ünvanını daş-qalaq edib:

“Bu paltar dəri rəngindədir. Mən ona nə edim? Mənim paltarıma baxın. Orada dəri rəngli hissə var. İnsanlıq keyfiyyətləri yoxdur bunlarda. Bildilər, bilmədilər ağızlarına gələni yazırlar. Açıq geyinənlərə pis baxmıram, amma açıq geyim mənə yaraşmır, Bahar Lətifqızına yaraşmır. Mən o paltara o qədər əlavələr etdirmişəm. Bunu görmürsünüz. İnsan bu qədərmi vicdansız olar? Bu, ət rəngli parçadır. İnsanın vicdanı olar”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
bakivaxti.az

1Mənbələr