AZ

İan Borq: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı razılaşmalar düzgün istiqamətdə atılan addımdır

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı əldə olunan razılaşmalar düzgün istiqamətdə atılan addımdır.

“Report” xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

O, Bakı və İrəvanı iki ölkə xalqlarının mənafeyi naminə sülh danışıqlarının dinamikasını saxlamağa çağırıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ötən gün ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
report.az

4Mənbələr