AZ

Yunan tələbələr fələstinlilərə dəstək veriblər

Yunanıstanda tələbələr ABŞ-dəki tələbələrə dəstək olmaq üçün Afina Universitetinin qarşısında Fələstin bayrağı qaldırıblar.

"Cebhe.info" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Fələstinə dəstək verən digər tələbə qrupları ilə həmrəylik nümayiş etdirmək istəyən Yunanıstan tələbə birlikləri axşam təşkil etdikləri aksiyada mahnılarla sülh mesajı verdi. Aksiya çərçivəsində keçirilən konsertdə sülh və dostluq mahnıları səsləndirilib.

Konsert üçün qurulan səhnədə çıxış edən natiqlər İsrailin Fələstinə qarşı hücumlarını “soyqırım” kimi qiymətləndirərək, bu hücumların bir an əvvəl dayandırılmasını istəyiblər.

Aksiya zamanı “Fələstinə azadlıq” şüarları Fələstin bayraqları ilə müşayiət olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
cebheinfo.az

1Mənbələr