AZ

Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə vədağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətindəsəlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davametdirir.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Bildirilib ki, bu çərçivədə Agentliyin müfəttişləri tərəfindənTovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərənfərdi sahibkar Məmmədov Qoca Fərman oğluna məxsus maye qazdoldurmaməntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükəyarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədədtutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinaparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğularınyoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkünolmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarıAgentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntularınaradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkaratəqdim edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
42
az.trend.az

2Mənbələr