AZ

Manipulyasiyaya düşməmək üçün nə etmək lazımdır? - PSİXOLOQ İZAH ETDİ

"Manipulyasiya, manipulə olunmaq başqaları tərəfindən idarə olunmadır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki,manipulyasiya özündən biixtiyar başqalarını idarəetmə, yaxud da bilərəkdən başqalarını öz təsiri altına salmaq prosesidir: "Manipulyasiya olunan, buna məruz qalan insanlar var. İnsanların əksəriyyəti həyatı boyu manipulyasiya olunur və manipulyasiya edir. Bu, insan həyatının yaşam prinsiplərindən biridir. Sadəcə bunu aşırı dərəcədə, daha rahat və daha qabarıq şəkildə edənlər var. Manipulyasiya edən insan könüllü deyil, sadəcə qarşı tərəfi öz təsiri altına salmaq, öz prinsiplərinə uyğunlaşdırmaq üçün ona təsir mexanizmlərindən istifadə edir və buna müvəffəq olur.

Manipulyasiyaya uymayan şəxslər var ki, onların öz şəxsi fikirləri olur. Onlar idarə olunan olmadıqları üçün manipulyasiyanın qurbanı olmurlar. Əksər insanlar manipulyasiyanı bacarır. Bu, hələ uşaq ikən ailədə böyüyən uşağın valideynləri tərəfindən mühafizə olunması və mütəmadi valideynlər tərəfindən uşağa məhz bu kimi ifadələrin işlənməsindən başlayır: "Mən sənin ananam, nə dedimsə, sözümə qulaq asmalısan, mənə cavab qaytarmamalısan. Sən hələ uşaqsan. Burnunu hər yerə salma. Bu sənin problemin deyil". Bu və digər ifadələrin söylənməsi qarşı tərəfi idarə etməkdir. Yaxud da, daha yumuşaq şəkildə deyilən "sən otur, dincəl, sənə bunu edərəm". İnsanlar sanki bütün işi öz öhdələrinə götürür. Sanki qarşı tərəfi əziyyətdən qurtarmış olurlar. İnsanlar bu şəkildə qarşı tərəfin həyatını idarə etmiş olurlar, onu manipulyasiya edərək onun həyat rutininə maneçilik törədirlər".

Onun sözlərinə görə, manipulyasiya insanların sərhədlərini aşmaq, yaxud da insanların sərhədlərini aşmadan onların həyat gedişatına təsir etməkdir: "Manipulyativ insanlar əslində daxilən özlərini təsdiq etməyən insanlardır ki, ətrafdakıları özlərinə ram etmək istəyirlər. Təəssüflər olsun ki, özünü aşa bilməyən, tam sevib dərk etməyən insan ətraf aləmi özünə təslim etmək istəyir. Bunun üçün də bir çox vasitələrə əl atır. Onlardan biri də insana xoş sözlər demək, hədiyyələr alaraq onu özünə ram etməkdir. İnsanlar bu kimi davranışlara inanır, etibar edir, sonda manipulyasiyanın qurbanı olurlar. Hər kəsdə müxtəlif cür təzahür edir. Yalnız zəkası üstün olan, həyatda müstəqilliyi bacaran insanlar manipulyasiyanın qurbanı olmurlar. Onlar bunu ilkin faktorlardan sezir və qəbullanmırlar.

Amma bir çox insanlar isə manipulyator olduqları təqdirdə manipulyasiyaya düşdüklərini qəbul edirlər. Bunu bilərək seçirlər. Bu onlara çox xoşdur ki, manipulyasiyaya düşsünlər, qərar verməsinlər, kimlərsə onları idarə etsinlər. Hər kəsdə fərdi şəkildə cərəyan edir. İnsan psixologiyası özünəməxsusdur deyə, hər insanın xarakteri var. Həyat gedişatında, ətraf-aləmdən qazandığı biliklər, öyrənmək istədikləri var, təfəkkür potensialı var. Ona görə manipulyasiya olunmaq və manipulyasiya etmək hər kəsin özünün bilik və bacarığından asılı olur. Çox öyrənən, çox oxuyan insanlar manipulyasiyanı açıq fazada da edə bilirlər. Bunu qəbullanan insanlar üçün rahatlıq verirsə, ziyanı yoxdursa, manipulyasiyaya uyurlar. Əgər digər insanlar bu manipulyasiyadan əziyyət çəkirlərsə, ondan imtina edirlər. Manipulyasiyanın yaxşı və pis tərəfləri də var. Hər kəs öz fərqindəliyini anlayıb özü öz həyatının yolunu seçməli, bilmirsə, öyrənməli, oxumalı, tapmalıdır. Təəssüf ki, bu hər kəsə müvəffəq olmur".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
sia.az

1Mənbələr