AZ

Dəvələr üçün işıqforlar quraşdırılıb - FOTO

Çinin şimal-qərbindəki Qansu əyalətində dəvələrin hərəkətini tənzimləmək üçün işıqforlar quraşdırılıb. Avtosfer.az xəbər verir ki, hər il mayın əvvəlində Mingsha Dağı və Aypara Gölü Təbiət Parkının qum təpələrində festival keçirilir. Minlərlə insanın gəldiyi səhrada dəvə sürmək əsas əyləncələrdən biridir.

Ötən ilin may ayının ilk günündə Mingsha dağı on mindən çox ziyarətçi qəbul edib. Bahar bayramının sonrakı günlərində isə onların sayı iyirmi minə çatıb. Festival iştirakçılarının bir çoxu qədim İpək Yolu ilə getsə də, bir neçə min nəfəri dəvə belində mənzərəni seyr etməyi üstün tutub və bu, məşhur marşrutda tıxaclar yaratmışdı.

Bunu nəzərə alan yerli hakimiyyət orqanları tıxacın, qatmaqarşıqlığın qarşısını almaq üçün dəvələrin və atlıların hərəkətini tənzimləmək üçün belə bir addım atıb.

 

Namiq Musayev

 

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
avtosfer.az

1Mənbələr