AZ

Türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq.

Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb. O, kino karyerasına 1965-ci ildə Ajda Pekkan, Erol Taş, Gönül Yazır, Metin Oktayın da rol aldığı "Taçsız kral" filmi ilə başlayıb.

Gölçer 1999-cu ildə lentə alınmış "Yılan hikayesi" serialında da oynayıb. Karyerası ərzində bir sıra mükafatlara layiq görülüb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
10
big.az

10Mənbələr