AZ

Siqaretə sərt qadağa qoyan ölkələr - ARAŞDIRMA

Siqaret qlobal sağlamlıq problemləri arasında əsas təhlükədir və bir çox ölkələr siqaretlə mübarizə aparmaq üçün səy göstərirlər.

Bəzi ölkələr siqaretin istehlakını qadağalarla, digərləri isə məhdudiyyətlərlə azaltmağa çalışır.

"Cebhe.info" xəbər verir ki, siqaret çəkmək ağciyər xərçəngi, ürək xəstəlikləri, tənəffüs yolu infeksiyaları və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bundan əlavə, siqaret çəkənlərin ətrafında olan insanlarda da sağlamlıq riskləri artır.

Siqaret tüstüsünün tərkibindəki zərərli kimyəvi maddələr tənəffüs yolu infeksiyaları, astma və allergik reaksiyalar kimi problemlərə səbəb ola bilər. Buna görə də, siqaretin azaldılması və siqaret çəkənlərin bunu tərgitməsi ümumi ictimai sağlamlığı qorumaq üçün mühüm addımdır.

Bu mübarizənin bir hissəsi olaraq bəzi ölkələr siqareti tamamilə qadağan etməyi seçirlər. Bəzi ölkələrdə siqaret çəkənlər çox vaxt cinayət cəzasına məruz qalır və ictimai yerlərdə siqaret çəkmək qadağandır.

Digər tərəfdən, bəzi ölkələrdə siqareti məhdudlaşdırmaq üçün müxtəlif tədbirlər görülür. Bu ölkələrdə müəyyən ərazilərdə siqaret satışı və istehlakı məhdudlaşdırılır, siqaret paketlərinə sağlamlıqla bağlı xəbərdarlıqlar əlavə edilir, siqaret reklamları qadağan edilir. Bundan əlavə, vergilər hesabına siqaret qiymətlərini artıraraq siqaret istehlakının azaldılması hədəflənir.

Meksika, İrlandiya, Norveç, İrlandiya, Danimarka, Yaponiya, Malaziya, Avstriya, İsveç kimi ölkələr bununla bağlı ya qadağa, ya məhdudiyyət tətbiq edib.

Butan (Hindistan-Çin-Myanma sərhəddində yerləşir) 2004-cü ildə bütün ölkədə siqaretin satışını və istifadəsini qadağan edib.

Türkiyədə siqaretlə mübarizə məqsədilə ilk dəfə 2008-ci ildə qapalı yerlərdə siqaret çəkməyə qadağa qoyulub. 2013-cü ildə sürücülərin siqaret çəkməsi qadağan edilib. 18 yaşından kiçik şəxslərə siqaret satışı qadağan edilib.

Meksikada 2008-ci ildə bar, restoran və ofislərdə siqaret çəkmək qadağan edilib. 2021-ci ildə bütün ictimai yerlər bu siyahıya əlavə olunub. 

Finlandiyada  ictimai yerdə siqaret çəkməyə görə 50-150 avro aralığında cərimə tətbiq olunur. Yetkinlik yaşına çatmayan şəxslərin siqaret çəkməsi qadağandır və azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Hətta qonşulara narahatlıq yarada biləcəyini nəzərə alaraq, eyvanda da siqaret çəkilməsinə qadağa qoyulub.

Norveç 1975-ci ildən bununla bağlı qərar qəbul edib və qanunla siqaret reklamları tamamilə qadağan olunub. 2003-cü ildə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanuna düzəliş edilib.  Beləliklə, bütün ictimai yerlərdə, kafe və restoranlarda siqaretin çəkilməsi qadağan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
cebheinfo.az

1Mənbələr