AZ

Rusiyanın Mərkəzi Asiya ilə ticarəti 44 milyard dolları ötüb

Ötən il Rusiya Federasiyasının Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 44 milyard dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyanın xarici ticarətinin 33%-i Rusiya ilə, əsasən, milli valyutalarda ödənişlərə keçid hesabınadır.

Bildirilib ki, hazırda Qazaxıstan, Qırğızıstan və Tacikistanla milli valyutalarda hesablaşmaların həcmi 80 faizə, Özbəkistanla 55 faizə, Türkmənistanla 24 faizə çatıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
iqtisadiyyat.az

1Mənbələr