AZ

Qadın həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub

Qadın

Bakı, 14 may, AZƏRTAC

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışa Mingəçevirdə yekun vurulub.

“Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda çempion “Qarabağ” gümüş medalların sahibi “Kür”ün qonağı olub. Bu, rəqiblərin yubiley çempionatındakı 4-cü görüşü idi. Bunadək keçirilən hər üç oyunda “Qarabağ” qalib gəlib.

Mövsümün son matçı meydan sahiblərinin çempion üzərində 36:26 hesablı qələbəsi ilə tamamlanıb. Bu nəticədən sonra “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə bitirib. Aktivində 21 xalı olan “Azəryol” ilk “üçlüy”ü qapayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azertag.az

1Mənbələr