AZ

İranlı rejissor ölkədən qaçdı

Tanınmış iranlı kinorejissor Məhəmməd Rəsulof (Rəsulov) ölkədən qaçıb.

Yenisabah.az xəbər verir ki, o, "Instagram" səhifəsində qısa bir video yerləşdirib.

Videoda Rəsulofun siması görünmür, amma onun dağlıq bir ərazidə olduğu qənaəti yaranır.

“7 il əvvəl onlar pasportumu 10-cu dəfə əlimdənm aldılar və pasporta sahib olmağa haqqım olmadığını bildiriblər”, - deyən kinorejissor əlavə edib ki, onun İranı tərk etməsinə dostları, tanışları və insanlar kömək edib.

Məhəmməd Rəsulof bir müddət əvvəl məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi.

Onun "Müqəddəs əncirin toxumları" filmi Kann festivalında mükafatlandırılıb.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
yenisabah.az

2Mənbələr