AZ

Azərbaycanda milyonluq şirkətlərin sahibləri bir araya gəlir

Azərbaycanda üç şirkətin Müşahidə Şurasının tərkibi yenidən formalaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hər üç şirkətin iyunun 28-də ümumi yığıncağı keçiriləcək.

"Baku Steel Construction" ASC-nin səhmdarlarının ümumi yığıncağı, Müşahidə Şurasının, Müfəttişin seçilməsi, eləcə də ötən maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi məsələləri müzakirə olunacaq.

"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının ümumi yığıncağında gündəliyə Müşahidə Şurasının (Direktorlar Şurasının) seçilməsi və 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təsdiqlənməsi məsələləri daxil edilib.

"Bakelektroqaynaq" ASC-nin səhmdarlarının ümumi yığıncağında Müşahidə Şurasının (Direktorlar Şurasının) seçilməsi və 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi məsələsi gündəlikdədir.

Qeyd edək ki, "Baku Steel Construction" ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 4 511 540 manatdır. "Azərtəkrarqarametal" ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 833 254 manatdır. "Bakelektroqaynaq" ASC isə 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 578 128 manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
iqtisadiyyat.az

1Mənbələr