AZ

“İvanişvilinin Qərbə etibar etdiyi 2 milyard dollar dondurulub”


“Bidzina İvanişvili şantaj altında heç bir görüş keçirməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ABŞ-nin sanksiyalar siyasəti üzrə koordinatoru Cim O`Brayenin hakim partiyanın təsisçisi və fəxri sədrinə qarşı konkret sanksiyalar paketi ilə Gürcüstana gələcəyi və və bu məsələni şəxsən Bidzina İvanişvili ilə müzakirə edəcəyi ilə bağlı xəbərlərə cavab olaraq bildirib.
“Bidzina İvanişvili bunu qeyri-ciddi hesab etdiyi üçün bu məsələ ilə maraqlanmır. O`Brayenin səfəri ilə bağlı konkret olaraq təsdiq edə bilərəm ki, Bidzina İvanişviliyə görüş üçün müraciət olub, ancaq o, bundan imtina edib. Bundan əlavə, demək istəyirəm ki, son aylarda Bidzina İvanişvilinin digər xarici diplomat və siyasətçilərlə də görüşdən imtina etmə halları olub. Bu suallara aydınlıq gətirmək üçün mənə müraciət edildiyinə görə, bu barədə müvafiq məlumatım var. Bütün hallarda imtinanın səbəbi eynidir. Belə ki, Bidzina İvanişvili bildirir ki, o, faktiki olaraq sanksiyalar altındadır və onun Qərbə etibar etdiyi 2 milyard dolları faktiki olaraq dondurulub və təəssüf ki, bu məbləğlər "qlobal müharibə" partiyalarının əlinə keçib”, - deyə Baş nazir bildirib.
“İstənilən görüşlər yalnız şantajlar və sanksiyalar bitdikdən sonra baş tutacaq”, - Kobaxidze əlavə edib.
Qeyd  edək ki, Cim O'Brayen mayın 13-də Gürcüstana gedəcək. O, iqtidar, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Xatırladaq ki, İvanişvilinin nümayəndələri əvvəllər onun İsveçrənin “Credit Suisse” bankındakı aktivlərinin dondurulduğunu bildirmişdilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
yeniavaz.com

1Mənbələr