AZ

Müdafiə Nazirliyinin idarə rəisi yatağında saxlanıldı – DETALLAR

Rusiya Müdafiə Nazirliyinin kadrlar üzrə baş idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov mayın 13-də saxlanılıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, cinayət törətməkdə şübhəli bilinir.

Кто

Rusiyanın hökumətyönlü Telegram kanalları iddia edib ki, Yuri Kuznetsov yatağında saxlanılıb və onun ardınca gələn təhlükəsizlik qüvvələri qəsdən sərt davranıblar. Onlar kadrlar üzrə baş hərbçinin İstradakı mülkünün darvaza və pəncərələrini qırıblar.

Bundan əvvəl, aprelin 24-də Moskvanın Basmannı məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu saxlayıb. İyunun 23-dək nazir müavininin barəsində həbs-qətimkan tədbiri seçilib. Bir gün sonra məhkəmə İvanovun və qohumlarının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına həbs qoyub. İvanovla birlikdə onun şəriki olduğu ehtimal edilən Sergey Borodin, həmçinin “Olimpsitistroy” şirkətinin həmtəsisçisi Aleksandr Fomin də həbs edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
konkret.az

3Mənbələr