AZ

Bu səbəblə uşaqları 10 yaşına qədər xüsusi qorumaq lazımdır- Pediatr açıqladı

"Ürək qlapanlarının tayları da şişərsə onlar bir-birinə tam kip oturmaz, qanı saxlaya bilməzlər, qan geriyə axar".

Uşaq kardioloqu Elşən Rzayev bunu News365.az-a deyib.

"Deyirlər ki, uşağın ürəyində rematizma var. Rematizmə tamam başqa anlayışdır. Ürəkdə qapaqların qalınlaşması deyə bir hal var. Ürəyin qapaqlarını qalınlaşdıran tez-tez boğazın gəlməsi, diş əti infeksiyası hallarıdır. Misal  olaraq deyirəm qapıya su dəyərsə, taxtası şişər və qapı yaxşı örtülməz. Ürək qlapanlarının tayları da şişərsə onlar bir-birinə tam kip oturmaz, qanı saxlaya bilməzlər, qan geriyə axar. Ona görə əsasəndə 2 yaşdan- 10 yaş arası, daha kritik dövr 4-7 yaş arasıdır. Bu yaşlarda tez-tez boğaz gələrsə, dişlərdə kareks olarsa, ağız boşluğunda gigyenası qorunmarsa, diş ətində infeksiya olarsa, ürək qapaqlarının zədələnməsi baş verə bilər. Bu proses ilk 10 yaşda olub, amma bunun fəsadını insan 50-60 yaşda da yaşaya bilir. Ona görə də uşağın ilk 10 ilini qorumaq lazımdır"- deyə həkim bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
news365.az

1Mənbələr