AZ

CAR-da meymun çiçəyi xəstəliyi aşkarlanıb

CAR-da

Bakı, 14 may, AZƏRTAC

Cənubi Afrika Respublikasında (CAR) meymun çiçəyi xəstəliyi aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə departamenti məlumat yayıb. Bildirilib ki, Qauteng əyalətində yaşayan 35 yaşlı şəxsin laboratoriya nəticələri pozitiv çıxıb. Xəstəlik əvvəlcə ölkənin aparıcı patoloji laboratoriyalarından biri tərəfindən müəyyənləşdirilib. Daha sonra Milli Yoluxucu Xəstəliklər İnstitutu nəticəni təsdiqləyib.

Səhiyyə departamentinin sözçüsü Foster Mohale əhaliyə çağırış edərək dərhal müalicəyə başlamağı məsləhət görüb. Məlumata görə, meymun çiçəyi virusu insanlarda nadir rast gəlinən viral yoluxucu xəstəlikdir. Virusun yoluxdurma qabiliyyəti zəifdir və limfa düyünlərini böyüdür.

Xəstəlik qızdırma və ümumi qripə bənzər simptomlarla, ardınca dəridə qabarcıq səpgilərlə özünü büruzə verir. Nadir hallarda ölümcül olur və simptomlar adətən iki-dörd həftə ərzində keçir. Əksər hallarda xəstəxana müalicəsi tələb olunmur.

Xatırladaq ki, CAR-da meymun çiçəyi xəstəliyi sonuncu dəfə 2022-ci ilin avqustunda qeydə alınmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
azertag.az

2Mənbələr