AZ

Reklam lövhəsi aşdı: Ölənlər var

Hindistanın Maharaştra ştatınıda qum fırtınası baş verib.

"Cebhe.info" Hindistanın "NDTV" kanalına istinadən xəbər verir ki, Mumbay şəhərində fırtına reklam lövhəsini aşırıb.

Nəticədə 8 nəfər ölüb, 50 nəfər xəsarət alıb, daha 20 nəfərin isə aşan lövhənin altında qalıb.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşib. İnsident zamanı nəhəng lövhə birbaşa insanların və avtomobillərin olduğu yanacaqdoldurma məntəqəsinə düşüb.

Hadisə yerində xilasedicilər işləyirlər.

Maharaştra əyalətinin Baş naziri Eknath Shinde verdiyi açıqlamada hadisədə həlak olanların ailələrinə maddi yardım ediləcəyini açıqlayıb.

Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.

Toz fırtınasının təsiri altında olan Mumbayda uçuşlar dayandırılıb, görmə qabiliyyətinin aşağı olması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
cebheinfo.az

1Mənbələr