AZ

Ermənilərin Nemesis terroru

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Azərbaycan Xalq Cümhuriyyətiliderlərinə qarşı ermənilərin Nemesis terroru

Fətəli xan Xoyski

Fətəli xan İsgəndər oğluXoyski (7 dekabr 1875-Nuxa 1920,Tiflis) Fətəli xan Xoyski 1875-ci il dekabrın 7 də Nuxa şəhərində anadan olub. Atası İsgəndər xan Kəlbəli xanoğluXoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Hacı Molla Zeynalın qızı Şərəbanı xanım idi. Fətəli xan Xoyski Güney Azərbaycanın Xoy xanları və Şəki xanları nəslindəndir.Atası İsgəndər Kəlbəli xan oğlu 1820-ci ildəGəncə şəhərində doğulmuşdu.16 iyul 1894-cü ildə Gəncədə vəfat etmişdir. Xoy şəhərinin əhalisi Azərbaycan türklərindən ibarətdir. Xoy xanı olan ulu babası Cəfərqulu xan Qacar Dövləti (1785-1925)şahı Fətəli şah Qacar (1797-1834)ilə savaşda məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə-Eçmiədzinə sığınmışdı. Fətəli xan Xoyski təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsinin yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.

Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli xan Xoyski Yelizavetpol quberniyasından Rusiya imperiyasınınII Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komissiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunanDövlət dumasının 55 üzvünün cinayyət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsi və Dövlət dumasının müzakirəsinə qəbul edilənlərin müzakirəedilərəkbaxilması üçün yaradılan komissiyalarda.

Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi. KonstitusiyaDemokratikPartiyasının üzvü idi. 1917-ci il Fevral inqilabından sonra1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya Müsəlman Şurasının İcariyyə Komitəsinin üzvü oldu.Bitərəf olmasına baxmayaraq“ Müsavat” partiyasının 1-ci qurultayında (26-31 oktyabr) iştirak etmişdir. Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi.Bakı şəhər Dumasına (oktyabr 1917 – aprel 1918) rəhbərlik etmişdir.Zaqafqaziya komissarlığı (15 noyabr 1917-10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Demokratik Federativ Respublikasınınədliyyə naziri (1918)olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral-26 may) üzvü; “Müsavat” və demokratik bitərəf qrupunun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının(27 may-7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın İcariyyə komitəsinin sədri olmuşdur.

Zaqafqaziya Demokratik Federativ Respublikası buraxıldıqdan sonra,1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üşün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərq ərazilərinin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi vəözlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırdılar. Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. Fətəli xan Xoyski icraiyyə orqanının sədri seçildi. Ertəsi gün Milli Şuranın ilk iclası keçirildi: Seymin buraxılması,Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bənd idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli xan Xoyski öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək vəAzərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla, 24 səslə(o cümlədən Fətəli xan Xoyski) Milli Şura Azərbaycanın dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı (Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri 28 may 1918-14 mart 1919)və daxili işlər naziri (Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Naziri 28 may 1918-17 iyun 1918) vəzifələrini tutdu. Fətəli xan Azərbaycan Xalq CümhuriyyətininƏdliyyə naziri vəzifəsində 17 iyun 1918 - 6 oktyabr 1918 olmuşdu. 1918-ci ilMayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərinxarici işlər nazirlərinə radioqram göndərdi: İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya,Buxarest, Tehran, Madrid, Amsterdam, Moskva, Stokholm, Kristianya (Oslo), Kiyev,Kopenhagen Xarici İşlər Nazirlərinə Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Cümhuriyyətini yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol (Gəncə) şəhərində yerləşir. İmza: Xoyski, Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri.

26 may 1918-ci ildən Nazirlər Şurasının sədri,eyni zamanda daxili işlər naziri (28 may-17 iyun), xarici işlər naziri (26 dekabr 1918-14 mart 1919) olmuşdur. Sentyabrın 16-da BakıyaNuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu hissələri daxil oldu. Növbəti gün Azərbaycan hökuməti Gəncədən bu şəhərə köçdü. Fətəli xan Xoyski Bakıda sevinənvə onları qarşılayan Azərbaycan türkləriniaçıq avtomobildə salamlayırdı. Hökumət üzvlərinin Bolşevik Rusiyası ilə diplomatik və ticarət əlaqələri olmamasına baxmayaraqqaçaqmalçılıq edərək neftisatmasına bu qanunsuzgizli əməllərə etiraz edərək istefa verdi. Xoyskininbaşçılıq etdiyi hökumətOsmanlı İmperiyasının iyun-iyul aylarında Qafqaza xilaskar kimi gəlişini və türk ordusunun 1918-ci ilin sentyabrında Bakını azad etməsini alqışlayırdı. Azərbaycan Parlamentinin (7 dekabr 1918-27 aprel 1920) üzvü olmuşdur.1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarətböyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov,YusifƏhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavatfraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarınıözlərində saxladılar.Fraksiyaya 40 parlament üzvü daxil idi. Fətəli xan Xoyski Xarici İşlər Naziri (24 dekabr 1919-1 aprel 1920). Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel-30 may 1919,Tiflis).

Azərbaycanın 27 aprel 1920-ci ildə ruslar tərəfindən işğalından sonra Fətəli xan XoyskiTiflisə köçdü, orada 19 iyun 1920-ci ildə ermənilərin Nemesis terror təşkilatının üzvləri tərəfindən qətlə yetirildi, qatillər “Daşnaksutyun” partiyasının üzvləri Aram Erkanyan və MişakKirakosyan idilər, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Aksiya nəticəsində terrorçu Misak Kirakosyan da yaralanmışdı. Fətəli xan Xoyski indiki Tiflis botanika bağının ərazisində yerləşənköhnə müsəlmanqəbirstanlığında dəfn edilmişdir.

Həsən bəy Ağayev

Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayev (1875,Yelizavetpol- 19 iyun 1920,Tiflis).

Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur.Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmişdir.Vətənə qayıdaraq həkimlik etmişdir.1906-1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olmuşdur.1907-ci ildə BakıdakeçirilənQafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilmişdir. “Difai” təşkilatının üzvü olmuşdur.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər “Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri-Şəfi bəy Rüstəmbəyov, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və başqaları ilə birgəNəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni,ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məqamlı bir partiyanın- “Türk Ədəmi-mərkəziyət firqəsi” nin əsasını qoymuşdur (1917).Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şura sədri Məmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır.1918-ci il,iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış,bütün hakimiyyət yeni yaradılmış Hökumətə verilmişdir.Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy AzərbaycanDəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.

Dekabrda Parlamentsədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ruslar tərəfindən işğalından sonra Tiflisə getmişdir.

19 iyul 1920-ci il Tiflis,Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev Nemesisəməliyyatı adlandırılan erməni terrorunəticəsində qətlə yetirilir.19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni qatilin gülləsiylə şəhid olmuşdur.Tiflisdə yerləşən köhnə müsəlman qəbirstanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunmuşdur.

Satqınlıqda günahlandırılanermənilərin qətli

Nemesis terror əməliyyatının gedişi zamanı hətta bu əməliyyatlarla bağlı məlumat sızdıran ermənilər xalq düşməni elan olunaraq təqib edilir və ən ağır şəkildə cəzalandırılırdılar.

1920-ci ildə İstanbulda terrorçuların türklərlə əməkdaşlıqda günahlandırdığı bir neçə ermənini qətlə yetirirlər. Mkrtıç Arutunyan, Arşavir Şirakyanın sözlərinə görə o, “sadist və türk gizli polisinin siyasi şöbəsinin üzvü idi”. SoqomonTeyliryan tərəfindən qətlə yetirilmişdir. Vahe İsxan (Yesayan) 1915-ci ildə həbs olunacaq erməni cinayətkarların siyahısının tərtibində iştirak etmişdir. Arşavir Şirakyan tərəfindən qətlə yetirilmişdir.

Hamayak Aramyants, Qnçaq partiyasının keçmiş üzvü,1914-cü ildə erməni terrorçuların Tələt Paşaya qarşı hazırladığı sui qəsd barədə polisə xəbər vermişdi. Arşak Yezdanyan tərəfindən qətlə yetirilmişdir.

Ardı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
turkustan.az

1Mənbələr