AZ

Sel suları rayonlarda nəqliyyatı iflic etdi - VİDEO

Sel suları İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən yoldan istifadə edən sürücülər tərəfindən məlumat verilib. 

Sel sularının yola gətirdiyi daş, çınqıl, qırılmış ağac budaqları avtomobillərin hərəkətini çətinləşdirib.

Qeyd edək ki, sözügedən yol bir müddətdir ki, təmirdədir.

Həmçinin, Göyçaya da leysan yağıb və nəticədə sel gəlib. Seldən sonra zibillər çaya axıb və xoşagəlməz görüntü yaranıb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
6
milli.az

8Mənbələr