AZ

Daily Star: Nigeriyada yeni ölümcül xəstəlik yayılır

Afrikanın şimal-qərbində Nigeriyanın Zamfara əyalətində sirr olaraq qalan yeni, naməlum xəstəlik yayılmaqdadır. Artıq fövqəladə vəziyyət elan edilib.

Aztibb.az bu barədə “Daily Star”a istinadən məlumat verib.

Nigeriyanın səhiyyə naziri Aişə Ankanın sözlərinə görə, xəstəliyin ilk ölüm halları qeydə alınıb. Naməlum infeksiyanın yayılmasının qarşısını almaq üçün Xəstəliklərə Nəzarət Milli Mərkəzi fövqəladə reaksiya elan edib.

Ən çox uşaqlar əziyyət çəkir, bütün hallar içməli su ilə bağlıdır”, - Nigeriya Səhiyyə Nazirliyinin rəhbəri vurğulayıb.

Bəzi kəndlədə naməlum xəstəliyin aşkarlandığı dəqiqləşib. İndiyədək ümumilikdə 177 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Xəstəliyin simptomları şişkinlik, qarın boşluğunda maye, genişlənmiş qaraciyər və dalaq, hərarət və ümumi zəiflikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
1
aztibb.az

2Mənbələr