AZ

Hindistan Rusiyanın nüvə reaktorları üçün əlavə yer axtarır


Hindistan hakimiyyəti Rusiya nüvə reaktorları üçün əlavə yerlər tapmaq üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bunu Mumbayda keçirdiyi mətbuat konfransında ölkənin xarici işlər naziri Subrahmanyam Caişankar deyib.
“Biz Kudankulamda əldə edilən irəliləyişi müzakirə edirik. Əslində, biz Rusiya reaktorları üçün əlavə yerlər axtarırıq”, - o, Hindistanın nüvə enerjisi sektorunun inkişafı ilə bağlı sualları cavablandırarkən deyib.
Qeyde dək ki, 1998-ci ildən Rusiya Tamil Nadu ştatında altı ədəd VVER-1000 reaktoru olan Hindistanın ən böyük atom elektrik stansiyası Kudankulamı tikir. Stansiyanın ilk reaktoru 2014-cü ildə işə salınıb. AES-in tikintisinin 2026-2027-ci illərdə başa çatdırılması planlaşdırılır. 2021-ci ilin dekabrında Hindistan Rusiya layihəsi əsasında AES-in tikintisi üçün ikinci yer ayırmağa söz verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
yeniavaz.com

1Mənbələr