AZ

Əzız Yıldırım vəd verdi

"Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım klub idarəçiliyinə qayıtmaq istəyir.

Publika.az xəbər verir ki, o, bu barədə "TRTSpor" kanalına müsahibəsində deyib. İstanbul klubuna 1998-2018-ci illər aralığında rəhbərlik etmiş iş adamı klubun növbəti konqresində prezidentliyə namizəd olacağını rəsmən açıqlayıb:

"Bundan sonra "Fənərbağça"nın "Bizim uşağımızdır" deyib o adlarla davam etmək imkanı yoxdur. "Fənərbağça" böyük məşqçilərlə, böyük komandalarla mübarizə aparmalıdır. Bu mübarizə həm Türkiyədə, həm də ölkə xaricində olmalıdır.

Keçən həftə Joze Mourinyo ilə görüşdük və ona ""Fənərbağça"da sizə ehtiyacımız var" dedim. Kim qalib gəlirsə, mütləq gəl. Dostlarımla onun menecerləri arasında danışıqlar davam edir. Böyük ehtimalla, qalib gəlsək, Mourinyonu “Fənərbağça”ya baş məşqçi təyin edəcəm. Uşaqların daha kədərlənməsini istəmirik. Onları sevindirmək və razı salmaq üçün böyük addımlar atmalıyıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
19
publika.az

10Mənbələr