AZ

Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olundu - FOTO

Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olunub.

E-huquq.az-ın məlumatına görə, Prezident İlham Əliyevin ötən gün imzaladığı "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamına əsasən yeni təyinat alan hakimlərdən biri də Bakı Kommersiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışan Xəlil Ülkər Abdurrahman qızıdır.

Belə ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib.

İ.Əhmədov məhkəmənin kollektivi adından Ülkər Xəlili təbrik edərək onun hakimlik fəaliyyəti müddətində ədalət mühakiməsinin səmərəliliyinin yüksəlməsi üçün hakim andına sadiq qalacağına, bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəyinə inandığını bildirib.

Tədbirdə məhkəmənin hakimləri və məhkəmə aparatının işçiləri də iştirak edib.

Sonda məhkəmə kollektivi yeni təyin olunmuş hakimə gələcək fəaliyyətində uğurlar arzu etdiklərini bildiriblər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
e-huquq.az

1Mənbələr