AZ

Həmas tunelləri müharibəni yenidən başladığı yerə gətirdi

Yazını böyüt
Yazını kiçilt

İsrail ordusu bildirib ki, onlar "silahlı hücrələr, reaktiv yaylım atəşi qurğuları, silah anbarları, müşahidə məntəqələri və tunel dəhlizlərini aşkarlayaraq məhv edib".

Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, Qəzza zolağının ən cənub bölgəsi olan Rəfahdakı tunelləri diqqətə çatdıran ordu, həmçinin Həmas-ın Qəzza zolağının şimalındakı Cibaliyə Qaçqınlar Düşərgəsində hərbi struktur yaratmaq cəhdi ilə bağlı kəşfiyyat məlumatı aldığını bildirib. Ordudan verilən açıqlamada, Rəfahın şərqində müəyyən bölgələrdə, Qəzza zolağının cənubunda Rəfah Sərhəd Qapısının Fələstin tərəfində və Qəzza şəhərinin Əz-Zeytun məhəlləsində “həssas əməliyyatların” davam etdiyi bildirilib. Bəyanatda ordunun Rəfahda İsrailə qarşı atılmaq üçün nəzərdə tutulmuş çox sayda tunel qazan texnika və raket atış qurğusu aşkarlaraq, onları məhv etdiyi bildirilib. Digər tərəfdən, Həmas hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları vasitəsilə Qəzza zolağının şimalında İsrail qüvvələrini hədəfə alaraq onları təəccübləndirib və Tel-Əvivin Cibali Qaçqınlar Düşərgəsi bölgəsinə tanklar göndərməsinə səbəb olub.

Əl-Qəssam Briqadaları, "Cibaliyə Qaçqınlar Düşərgəsinin şərqində bir İsrail tankını hədəf aldıqlarını, İsrail əsgərlərinin sığındığı evi partlatdıqlarını və nəticədə ölən və yaralananların olduğunu bildirib. Digər tərəfdən, İsrail ordusunun sözçüsü, “Son həftələr Həmas-ın Cibali Qaçqınlar Düşərgəsində hərbi imkanlarını yenidən inkişaf etdirmək cəhdlərini müşahidə etdik. Biz bu cəhdlərin qarşısını almaq üçün orada əməliyyatlarımızı həyata keçiririk” deyib.

Əl-Qəssam Briqadaları həmçinin Qəzza zolağının şimalında “Əz-Zeytun məhəlləsindəki İsrail qüvvələrini minaatanlarla vurduğunu” və Sderot şəhərinə iki raket atdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
hafta.az

1Mənbələr