AZ

İspaniya Ukraynaya əlavə “Leopard 2” tankları göndərəcək

İspaniya

İspaniya Ukrayna Silahlı Qüvvələrinə 19 ədəd “Leopard 2 A4” tankı göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Madrid yeni hərbi yardım paketinin bir hissəsi olaraq Kiyevə böyük çaplı artilleriya sursatları, yüngül və ağır pulemyotlar, həmçinin 19 ədəd “Leopard 2 A4” tankı partiyasından olan ilk 10 döyüş tankını təhvil verəcək.

Həmçinin piyada döyüş maşınları, ağır haubitsa artilleriyası və tank əleyhinə silahların göndərilməsinin də mümkün olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
xalqcebhesi.az

3Mənbələr